Kale Qrupunun üzvü olaraq Azərbaycan seramik bazarının lideri — Avropa və Asiyadan keyfiyyətli plitka, qranit və hamam aksesuarlarının rəsmi idxalçısı və distribütoru.
Ölkə daxilində ən böyük anbar tutumlarından biri, fasiləsiz təchizatı təmin edir.
Avropa və Asiyanın öndə gələn istehsalçıları ilə birbaşa əməkdaşlıq.
12 nəfərlik peşəkar komanda ölçmə, layihələndirmə və quraşdırma planı üzrə dəstək verir.
Kafel və seramik, qranit, hamam mebeli, fasad, mozaika, vanna, lavabo, unitaz, duş kabinləri, batareyalar və aksesuarlar.
Ölçmə, konsept eskiz, mebel və avadanlıq yerləşdirmə planı, elektrik və işıqlandırma planı — sifarişçinin tələbinə uyğun.
Yaşayış və inzibati binalar, ictimai iaşə, ticarət mərkəzləri, dəmir yolu vağzalları və hava limanları üçün material təchizatı.
Kalebodur ilə əməkdaşlıqda Azərbaycanda ilk mağazamızı açdıq — ölkədə xarici seramik brendinin ilk rəsmi distribütoru olduq.

Artan müştəri tələbatını qarşılamaq üçün məhsul çeşidini davamlı genişləndirdik — 20-dən çox tanınmış yerli və xarici brendi təmsil etdik.

Müştərilərə daha sürətli xidmət üçün 2 yeni showroom açdıq. Rəqabətli qiymət və məhsul müxtəlifliyi ilə topdan və pərakəndə satışda bazar lideri olduq.

25+ ildir davam edən fəaliyyətimizlə bu gün ölkədəki hər hüquqi və fiziki şəxs üçün etibarlı tərəfdaş olmağa davam edirik.
